"Qardabani" FK-nın məşqçisi və Nigeriya vətəndaşı dələduzluğa görə saxlanılıb

Aug 5, 2026 - 12:43
 0  14
"Qardabani" FK-nın məşqçisi və Nigeriya vətəndaşı dələduzluğa görə saxlanılıb

Dövlət Təhlükəsizliyi Xidmətinin məlumatına görə, Gürcüstanda yaşayan Nigeriya vətəndaşı və "Qardabani Futbol Klubu" MMC-nin məşqçisi Gürcüstanda müvəqqəti yaşayış icazəsinin alınmasında köməklik göstərmək məqsədilə Nigeriya vətəndaşını uydurma müqavilə ilə həmin futbol klubunda işə düzəldiblər və bunun müqabilində ondan 3000 ABŞ dolları alıblar.

XEBER.GE xəbər verir ki, qurumun bildirdiyinə görə, sözügedən cinayət cəza olaraq 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur.

"Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Anti-Korrusiya Agentliyinin əməkdaşları keçirilmiş istintaq və əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən özgənin pul vəsaitlərini dələduzluq yolu ilə mənimsəmə faktı üzrə hakim Qərarı əsasında iki nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, Gürcüstanda yaşayan Nigeriya vətəndaşı və "Qardabani Futbol Klubu" MMC-nin məşqçisi Gürcüstanda müvəqqəti yaşayış icazəsinin alınmasında köməklik göstərmək məqsədilə Nigeriya vətəndaşını uydurma müqavilə ilə həmin futbol klubunda işə düzəldiblər və bunun müqabilində ondan 3000 ABŞ dolları alıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 19-180-ci maddəsinin 2-ci hissəsinin "a" və "b" bəndləri ilə aparılır ki, bu da cəza olaraq 7 ilədək müddətə azadlıqdan məhrumetməni nəzərdə tutur," — bəyanatda bildirilir.