Potidə 47 yaşlı qadının qətlinin ehtimal olunan səbəbi qısqanclıqdır

Oct 25, 2026 - 15:58
 0  9

Potidə 47 yaşlı qadının həyat yoldaşı tərəfindən qətlə yetirilməsinin səbəbi nə olub? “TVPirveli” hadisə ilə bağlı yeni təfərrüatları əldə edib.

XEBER.GE xeber  verir ki, versiyalardan birinə görə, qətlin səbəbi qısqanclıq olub. Cinayətdə təqsirləndirilən 50 yaşına yaxın kişinin kimliyi də məlum olub. Onun adı Zaza Karbayadır. Həlak olan qadın isə Abxaziyadan məcburi köçkün olan 47 yaşlı İda Qaliçavadır.

Yerli sakinlər hadisənin dəqiq səbəbləri barədə danışmaqda çətinlik çəkirlər. Qonşular ailəni müsbət xarakterizə edir və qətl günü heç bir səs-küy eşitmədiklərini bildirirlər.

“Çox yaxşı, zəhmətkeş insanlardır. Nə baş verdiyini heç cür anlaya bilmirəm. Heç bir səs də eşitmədik... İndi toyları olmalı idi, qızlarını ərə verirdilər”, – deyə qonşulardan biri bildirib.

Potidə orta yaşlı qadını qətlə yetirməkdə şübhəli bilinən həyat yoldaşı saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, faktla bağlı Cinayət Məcəlləsinin 11¹-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə ağırlaşdırıcı hallarda ailə üzvünün qəsdən öldürülməsini nəzərdə tutur.

Yerli sakinlərin məlumatına görə, kişi, ehtimal ki, yatmış həyat yoldaşını yastıqla boğaraq öldürüb, daha sonra isə mənzilə təbii qaz buraxıb. Təqsirləndirilən şəxs təcili tibbi yardım çağırıldıqdan sonra saxlanılıb.