Polis avtomobillə 24 yaşlı gənci vurub, yaralı komadadır –Zuqdiddə qəza

Mar 12, 2025 - 21:41
 0  99
Polis avtomobillə 24 yaşlı gənci vurub, yaralı komadadır –Zuqdiddə qəza
: :
playing

 

11 mart axşamı, Zuqdidi bələdiyyəsinin Darçeli kəndində polis avtomobillə 24 yaşlı gənci vurub.


Yaralının vəziyyəti kritik ağırdır.

"Batumelebi" nəşri yaralının qohumu Maya Kalandia ilə danışıb. O bildirir ki, polis əməkdaşı Koba Kvintadze avtomobili sərxoş vəziyyətdə idarə edirmiş.

"Hadisə dünən saat 19:00 radələrində kəndin mərkəzində baş verib. Şahidlərin dediyinə görə, yüksək sürətlə hərəkət edən minik avtomobili – Daxili İşlər Nazirliyinin Darçeli məntəqəsinin polis əməkdaşı Koba Kvintadze.

Başqa bir avtomobillə toqquşmamaq üçün səkidə olan 24 yaşlı Murman Kalandianı vurub və onu uzaq məsafəyə tullayıb.
Şahidlər bildiribilər ki, Koba Kvintadze sərxoş olub və bunu digər yüksək rütbəli polis əməkdaşları da təsdiqləyiblər.
Murman Kalandia beyin neyrocərrahiyyə əməliyyatı keçirib. Həkimlərin sözlərinə görə, vəziyyəti son dərəcə ağırdır və o, dördüncü dərəcəli komadadır.
Murmanın hamilə həyat yoldaşı var və onlar ağır iş şəraitində dolanırdılar", – deyə Maya Kalandia bildirib.

Onun sözlərinə görə, Koba Kvintadze Zuqdidi etiraz aksiyalarında saxlanılan və cərimələnən şəxslərin məhkəmələrində yalan ifadələr verən polis əməkdaşlarından biridir.

Polisin sərxoş vəziyyətdə olması barədə fəal Mariam Siçinava da danışıb və bu hadisəyə "Facebook"da reaksiya verib:

"Bu polis məni də saxlayanlardan biri olub və məhkəmədə mənə qarşı yalan ifadə verib. Polislərin sərxoş vəziyyətdə olması sistematik haldır. Onlar vəzifə səlahiyyətlərindən sui-istifadə edirlər və avtomobilləri də idarə edirlər. Zuqdidi etiraz aksiyalarında dəfələrlə sərxoş polis əməkdaşlarını vəzifə yerinə yetirən zaman görmüşük", – Mariam deyib.

Baş prokurorluqdan bildirilib ki, qəzada iştirak edən polis saxlanılıb və hadisə ilə bağlı Cinayət Məcəlləsinin 276-cı maddəsinin 5-ci bəndi ilə istintaq başlanılıb.

mənbə: marneulifm