Goridə baş verən yol qəzası ölümlə nəticələndi
 
                    Goridə bu gün baş vermiş yol-nəqliyyat hadisəsi faciə ilə nəticələnib.
Cminda Cğali yaşayış massivində avtomobil piyadanı vurub.
Hadisə nəticəsində yaralanan qadın hadisə yerində dünyasını dəyişib.
Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.
Gürcüstan Daxili İşlər Nazirliyinin verdiyi məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 6-cı hissəsi üzrə istintaq aparılır.
Məlumata görə, sürücü hadisə yerindən qaçmayıb və hazırda istintaq tədbirləri davam etdirilir.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            