Ölkəyə narkotik keçirməyə cəhd edən şəxs tutulub

Ukrayna vətəndaşı, 1992-ci il təvəllüdlü V.K. qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması və Gürcüstan ərazisinə qanunsuz gətirilməsi ittihamı ilə saxlanılıb.
Bununla bağlı DİN məlumat verib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Sarp sərhəd-keçid məntəqəsində təqsirləndirilən şəxsin üzərində şəxsi yoxlama zamanı xüsusilə külli miqdarda narkotik vasitə olan “Metadon” aşkar ediblər. Polis V.K-nı təqsirləndirilən şəxs qismində tutub. Faktla bağlı Cinayət Məcəlləsinin 260 və 262-ci maddələri ilə araşdırma aparılır.
Cinayət 20 ilə qədər cəza və ya ömürlük həbsi nəzərdə tutur.
mənbə: interpress