Neapolda gürcü qadına qarşı cinsi zorakılıq edən Mərakeş vətəndaşı saxlanıldı

Sep 2, 2026 - 21:32
 0  9
Neapolda gürcü qadına qarşı cinsi zorakılıq edən Mərakeş vətəndaşı saxlanıldı
: :
playing

İtaliyada, Neapol şəhərində gürcü qadına qarşı cinsi zorakılıq etməkdə ittiham olunan 40 yaşlı Mərakeş vətəndaşı saxlanılıb.

XEBER.GE xeber  verir ki, məlumatı İtaliya mediası yayır.

Hadisə bazar günü, avqustun 30-da Neapolun "Centro Direzionale" rayonunda, "Torre Luisa" yaxınlığında baş verib.

Mediyanın məlumatına görə, saat 23:50 radələrində ərazidə olan mühafizə əməkdaşları kömək istəyən qadın qışqırığı eşidiblər. Onlar qəza pilləkəninin yanında şok vəziyyətində olan Gürcüstan vətəndaşını tapıblar. Orada olan kişi mühafizəçiləri gördükdən sonra qaçmağa cəhd etsə də, tezliklə saxlanılıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadası gəlib. Qadın xəstəxanaya çatdırılıb və orada cinsi zorakılıq qurbanları üçün nəzərdə tutulmuş müvafiq tibbi müayinələrdən keçirilib.

Saxlanılan Mərakeş vətəndaşı cinsi zorakılıqda ittiham olunur. Hadisənin təfərrüatlarını müəyyənləşdirmək üçün istintaq davam edir.

İtaliya mediasının verdiyi məlumata görə, son üç ay ərzində bu, Neapolun "Centro Direzionale" ərazisində artıq ikinci cinsi zorakılıq hadisəsidir. Mayın 31-də təxminən 50 yaşlı qadın polisə müraciət edərək eyni ərazidə cinsi zorakılığa məruz qaldığını bildirmişdi.