Narkotik cinayəti ilə əlaqədar 22 nəfər saxlanıldı - VİDEO
Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi və Tbilisi, Açarı, Samegrelo-Zemo Svaneti və İmereti polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində narkotik cinayəti ittihamı ilə 22 şəxs, o cümlədən 12 narkorealizator həbs edilib. Həbs olunanların arasında Gürcüstan və əlavə olaraq Belarus, Ukrayna, İordaniya və Türkiyə vətəndaşları yer alır.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayır.
İddia olunan şəxslər böyük və xüsusilə böyük miqdarda narkotik vasitələrin, həmçinin psixotrop maddələrin qanunsuz əldə edilməsi, saxlanılması və ötürülməsi ilə bağlı cinayətlərdə ittiham olunurlar.
Əməliyyat zamanı polis tərəfindən narkotik vasitələrin qanunsuz ötürülməsi ilə bağlı gizli audio-videoyazılar qeydə alınıb və həbs olunan şəxslərin şəxsi və yaşayış yerlərində aparılan yoxlamalar zamanı müxtəlif növ narkotik vasitələr, o cümlədən "heroin", "buphrenorfin", "ekstazi", "suboksin", "metadon", "amfetamin", "mefedron", "alpha-PVP" və "marihuana" ələ keçirilib.
Cinayətin tədqiqatı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı, 19-260-cı, 261-ci, 18-273-cü prima, 19-273-cü prima və 273-cü prima maddələri əsasında davam etdirilir.
Cinayətlərə görə 20 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
mənbə: Interpress