Narkomaniyaya qarşı yeni qanun

Apr 4, 2025 - 20:48
 0  52
Narkomaniyaya qarşı yeni qanun

Cinayət qanunvericiliyinə yeni bir fəsil əlavə olunur. Bu fəsilin adı “Sosial müdafiə tədbirləri” olacaq və o, narkomaniyadan əziyyət çəkən şəxslərə məcburi müalicə tətbiq olunması məsələlərini tənzimləyəcək.

Müvafiq dəyişikliklər “Gürcü Arzusu” partiyası tərəfindən parlamentə təqdim olunmuş antinarkotik qanun paketində əks olunub. Məsələ bu gün parlamentdə ikinci oxunuşda maddə-maddə müzakirə edilib.

Parlamentin Hüquqi məsələlər üzrə komitəsinin sədri Arçil Qorduladzeyə görə, məcburi müalicə prosesi belə müəyyənləşdiriləcək: prokurorun vəsatəti əsasında müvafiq komissiya şəxsin narkotik asılılığı məsələsinə baxacaq və onun məcburi müalicəyə göndərilməsinin məqsədəuyğun olub-olmadığını müəyyən edəcək. Komissiyanın rəyindən sonra son qərarı hakim verəcək.

Qorduladzeyə görə, hökumət qərarı ilə müəyyən olunacaq ki, hansı stasionarda, hansı qayda və şərtlərlə məcburi müalicə həyata keçiriləcək.

O əlavə edib ki, narkotik asılılığı olan şəxsin məhkəmə qərarından apellyasiya qaydasında şikayət vermək hüququ da olacaq.

mənbə: interpress