Mzia Amağlobeli 16 gündür aclıq aksiyası keçirir -onun həyatı və sağlamlığı təhlükə altındadır

Jan 27, 2025 - 12:26
 0  28
Mzia Amağlobeli 16 gündür aclıq aksiyası keçirir -onun həyatı və sağlamlığı təhlükə altındadır

“Batumelebi/Netgazeti” müstəqil media orqanının təsisçisi və direktoru Mzia Amağlobeli 16 gündür aclıq aksiyası keçirir. Amağlobeli yanvarın 11-dən 12-nə keçən gecə saxlanılıb. Həbs olunandan bəri ona ancaq su verilir.

Mzia Amağlobeli Batumi polis rəisi İrakli Dqebuadzenin üzünə sillə vurduğu üçün polis əməkdaşına hücum etməkdə ittiham olunur. Həbsi zamanı Mzia Amağlobeli təhqir edilib və ona qarşı qeyri-insani rəftar edilib.

Onu 4 ildən 7 ilə qədər həbs gözləyir.

Mzia Amağlobeli yanvarın 14-də Batumi Şəhər Məhkəməsinin hakimi Nino İsmaşvili tərəfindən həbs cəzasına məhkum edilib. Onun qərarından Kutaisi Apellyasiya Məhkəməsinə şikayət verilsə də, hakim hətta məsələyə baxmayıb. Müvafiq olaraq, Mzia Amağlobelinin həbs qətimkan tədbiri qüvvədə qalıb.

Yanvarın 26-da Kutaisidə Mzia Amağlobelinin müraciətini baxılmaq üçün qəbul etməyən hakimin evinin yaxınlığında etiraz aksiyası keçirilib.
Jurnalistlər və digər vətəndaşlar hakim Malxaz Okropirişvilinin evinin qarşısına toplaşıblar.

“Mzia Amağqlobeli ədalətsiz hakim tərəfindən İvanişvilinin siyasi əsirliyində qalıb”. “Rusiya rejimi çöküb, azadlıq parlayır”, – mitinqdə “Mountain News”un təsisçisi və redaktoru Qela Mtivlişvili bildirib.

“Batumelebi”nin redaktoru Eter Turadze Gürcüstanın baş prokuroru Qiorqi Qabitaşvili ilə görüş istəyib.

“Mən dəfələrlə tələb etmişəm, sizin də yayımınızdan istifadə edərək baş prokurorun mənimlə görüşməsini tələb edirəm. Mzianın səhhəti ilə bağlı məndə olan məlumatları, həmçinin indiki mərhələdə onun əldə edə bilməyəcəyi digər məlumatları onunla bölüşmək istəyirəm”, - Eter Turadze “Formula”ya bildirib.

O, həmçinin həbsxana işçilərindən Mzia Amağlobeli yaxından izləmələrini xahiş edib, çünki o, xarakter xüsusiyyətlərinə görə "kiçik və ya böyük şikayətlər haqqında heç nə deyə bilməz".

Mzia Amağlobelinin aclıq aksiyasına paralel olaraq, etiraz aksiyaları çərçivəsində cinayət qanunu ilə həbs edilən iki gənc də onunla həmrəylik əlaməti olaraq aclıq aksiyası keçirir: Rezi Kiknadze və Nikoloz Cavaxişvili.

mənbə: marneulifm