İrakli Kobaxidze Birləşmiş Ərəb Əmirliklərinə gedib
İrakli Kobaxidze “Gürcü Arzusu” hökumətinin digər yüksək vəzifəli şəxsləri ilə birlikdə Birləşmiş Ərəb Əmirliklərinə səfər edib və burada o, Birləşmiş Ərəb Əmirliklərinin prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, eləcə də Birləşmiş Ərəb Əmirliklərinin tolerantlıq naziri Şeyx Nəhyan bin Mübarək Əl Nəhyan ilə görüşlər keçirəcək.
Hökumət administrasiyasının məlumatına görə, səfər çərçivəsində EMAAR inkişaf şirkəti ilə əməkdaşlıq
memorandumu imzalanacaq və bu memorandum çərçivəsində Gürcüstana çox milyard dollarlıq investisiya yatırılacaq. Abu Dabi Dövlət İnvestisiya Şirkəti və onun logistik qolu olan Abu Dhabi Ports Group ilə də görüşlər keçiriləcək.
Nümayəndə heyətinə Tbilisi meri Kaxa Kaladze və Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Tornike Rijvadze də daxildir.
mənbə: marneulifm