Rüsvayçılıqdır, Tiflisə sanksiya tətbiq edəcəyik - Zelenski
Ukrayna Gürcüstan hakimiyyətinə qarşı sanksiyalar hazırlayır.
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.
“Gürcüstanda vəziyyətlə bağlı hesabat var idi. Onların (Gürcüstan hakimiyyəti – red.) öz xalqına qarşı nələrə getməsi sadəcə olaraq rüsvayçılıqdır. Biz hüquqi sahədə cavabımızı hazırlayırıq və avropalılar, eləcə də digər tərəfdaşlarla konkret fəaliyyət üzərində işləyirik. Mən müvafiq sanksiya qərarlarının hazırlanmasını tapşırdım”, - deyə o bildirib.
Zelenski sanksiyaların hansı sahələri əhatə edəcəyini və nə vaxt tətbiq ediləcəyini açıqlamayıb.
mənbə: axar