Avtomobili yandıran və ailəni hədələyən şəxslər tutulub

Feb 9, 2026 - 12:07
 0  152
Avtomobili yandıran və ailəni hədələyən şəxslər tutulub

Gürcüstan Daxili İşlər Nazirliyi  başqasının əmlakını yandırma yolu ilə məhv etmə və hədə-qorxu gəlmə faktı üzrə iki nəfərin saxlanılması barədə məlumat yayıb.

Xeber.ge xəbər verir ki, keçirilən əməliyyat nəticəsində 1992-ci il təvəllüdlü M.N. və əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü M.M. saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən M.N. aralarında yaranmış münaqişə zəminində 1978-ci il təvəllüdlü Q.Q.-ni və onun ailə üzvlərini ölümlə hədələyib. Bu münaqişədən xəbər tutan M.M. isə zərərçəkmişə məxsus avtomobili qəsdən yandırıb.

Polis hər iki şəxsi şübhəli şəxs qismində yaxalayıb. Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 151-ci (hədə-qorxu gəlmə) və 187-ci (əmlaka qəsdən zərər vurma) maddələri ilə istintaq aparılır. Təqsirləndirilən şəxsləri 6 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.