Muxranidə iki nəfəri qətlə yetirən iki şəxsə ömürlük həbs cəzası kəsildi
Mtsxeta Rayon Məhkəməsi MuXranidə iki nəfərin qəsdən öldürülməsi və qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktları üzrə iki təqsirləndirilən şəxsi təqsirli bilib.
XEBER.GE xeber verir ki, bu barədə məlumatı Gürcüstan Prokurorluğu yayır.
Təqsirləndirilən şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası kəsilib.
Prokurorluğun bəyanatına görə, məhkəmə prosesində araşdırılan sübutlarla təsdiqlənib ki, cari ilin 24 yanvar tarixində Mtsxeta bələdiyyəsinin Muxrani kəndində təqsirləndirilən şəxslər qisas məqsədilə iki nəfərə qarşı odlu silahdan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıblar. Xəsarətlər nəticəsində hər iki şəxs hadisə yerindəcə vəfat edib.
Prokurorluğun təqdim etdiyi sübutlar əsasında, ağırlaşdırıcı hallarda iki nəfəri qətlə yetirmək faktı üzrə təqsirləndirilən şəxslərə ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.
Mtsxeta Rayon Məhkəməsi Prokurorluğun təqdim etdiyi sübutları tamamilə bölüşüb və ağırlaşdırıcı hallarda iki nəfərin qəsdən öldürülməsi, habelə qanunsuz olaraq odlu silah əldə etmə, saxlama və gəzdirmə faktları üzrə iki təqsirləndirilən şəxsi təqsirli bilib.
Məhkəmə prosesində araşdırılan sübutlarla təsdiqlənib ki, cari ilin 24 yanvar tarixində Mtsxeta bələdiyyəsinin Muxrani kəndində təqsirləndirilən şəxslər qisas məqsədilə iki nəfərə qarşı odlu silahdan bir neçə dəfə atəş açıb və hadisə yerindən qaçıblar. Xəsarətlər nəticəsində hər iki şəxs hadisə yerindəcə həyatını itirib. Təqsirləndirilən şəxslərin əməlləri hadisə yerində olan digər şəxslərin də həyat və sağlamlığı üçün təhlükə yaradıb.
Təqsirləndirilən şəxslərə Gürcüstan Cinayət Məcəlləsinin 109-cu maddəsinin "b", "i" və "l" bəndləri (başqalarının həyatı və sağlamlığı üçün təhlükə yaradan üsulla, qrup halında iki nəfərə qarşı törədilmiş qətl) və 236-cı maddəsinin 6-cı hissəsinin "a" və "b" bəndləri (əvvəllər bu cinayətə görə məkum olunmuş şəxs tərəfindən qrup halında qanunsuz olaraq odlu silah və hərbi sursat əldə etmə, saxlama və gəzdirmə) üzrə ittiham irəli sürülüb.
Məhkəmə hər iki təqsirləndirilən şəxsi irəli sürülmüş ittihamlar üzrə təqsirli bilib və cəza tədbiri kimi ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edib.