Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək

Oct 27, 2024 - 12:10
 0  22
Müxalifət hökumətin təsdiqlənməsinə mane ola bilməyəcək

Gürcüstan hökuməti, müxalifətin etirazlarına baxmayaraq, təsdiqlənəcək.

Bunu Gürcüstanın Baş nazir İrakli Kobaxidze bildirib.

O vurğulayıb ki, müxalifət partiyaları yeni çağırış parlamentinin ilk iclasının işinə mane ola bilməyəcəklər.

Xatırladaq ki, daha əvvəl “Dəyişiklik Koalisiyası” oktyabrın 27-dən etiraz aksiyalarına başlayacağını elan etmişdi.

mənbə: report