Müayinəni rədd edən hərbi çağırışçıya pul cəzası kəsiləcək
Gürcüstanda hərbi xidmətə çağırılanların tibbi yoxlamadan imtinasına görə 1 000 lari cərimə tətbiq olunacaq
Xeber.ge xeber verir ki, məcəlləyə əsasən, çağırılan şəxs komissiyaya təqdim olunmadığı və ya tibbi ekspertizadan keçməkdən yayınacağı halda, məsələ məhkəməyə göndəriləcək.
Qurumun açıqlamasına görə, dəyişikliklər çağırışçıların mütəmadi tibbi ekspertiza komissiyasına gəlməməsi və əlavə müayinələrdən yayınmasının qarşısını almağa yönəlib.