Moskva-Tbilisi reysi ilə uçan təyyarə Vnukovo hava limanına geri qayıdıb

Moskva-Tbilisi reysi ilə uçan təyyarə nasazlıq səbəbilə Vnukovo hava limanına geri qayıdıb.
Məlumatı Tbilisi Hava Limanı yayıb.
Bildirilib ki, hava gəmisi “Azimuth Airlines”a məxsus olub. Aviaşirkət sərnişinlərin başqa təyyarə ilə Tbilisiyə yola salınacaqlarını bəyan edib. Nasazlıq səbəbilə uçuş 6 saat gecikib.
mənbə: apa