Tramp Putinlə görüşəcəyi vaxtı AÇIQLADI

Feb 19, 2025 - 12:32
 0  93
Tramp Putinlə görüşəcəyi vaxtı AÇIQLADI

ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşünün fevralın sonuna qədər baş tuta biləcəyi ehtimalından çıxış edib.

Xeber.ge xəbər verir ki, Trampın özü dünən axşam jurnalistlərin suallarını cavablandırarkən bunu təsdiqləyib. Hadisə Trampın Florida ştatında yerləşən Mar-a-Laqo malikanəsində baş verib.

ABŞ prezidentindən Putinlə görüşünün nə vaxt baş tutacağına aydınlıq gətirməsi istənilib.

“Yəqin ki, ayın sonunadək”, - Tramp cavab verib. Bu məsələ ilə bağlı o, əlavə şərh verməyib.

Amerika prezidenti dünən Ər-Riyadda keçirilən Rusiya-Amerika danışıqlarının çox yaxşı keçdiyini bildirib. O, Ukraynada nizamlanmaya inamının gücləndiyini vuröulayıb.

Trampdan Səudiyyə Ərəbistanında baş tutan görüş və danışıqlardan sonra Ukrayna böhranının həlli üçün sövdələşmənin bağlanacağına əmin olub-olmaması barədə danışması istənilib.


"Mən daha çox əminəm, danışıqlar çox yaxşı keçdi", - deyən Tramp əlavə edib:

“Rusiya nəsə etmək istəyir. Onlar barbarlığı dayandırmaq istəyirlər”.

mənbə: modern.az