İsveçdə kilsə şəhər boyu “səyahət etdi” - Video
İsveçin Kiruna şəhərində 113 yaşlı tarixi kilsə sökülmədən olduğu yerdən başqa yerə köçürülüb.
Xeber.ge xəbər verir ki,
672 tonluq bina təməlindən qaldırılıb və xüsusi quraşdırılmış qoşquya yerləşdirilib. Hündürlüyü 35 m, eni isə 40 metr olan kilsə bu mexanizm vasitəsilə 5 kilometr məsafəni qət edərək yeni yerinə aparılıb.
Kilsənin köçürülməsinə səbəb isə onun yaxınlığında yerləşən dünyanın ən böyük dəmir filizi yatağının genişləndirilməsi olub. Belə ki, yatağın genişləndirilməsi tarixi abidənin altında torpağın çökməsi təhlükəsi yaradır.
Minlərlə şəxs prosesi canlı izləmək üçün əraziyə toplaşıb. Köçürülmə anının havdaan çəkilmiş görüntüləri isə sosial şəbəkələrdə maraqla qarşılanıb.
mənbə: qafqazinfo.az