Mixail Saakaşvili tərəfdarlarına müraciət edir
4 oktyabr “ölkəni xilas etməyin son şansıdır, bundan sonra uzun müddət, hətta bəlkə heç vaxt belə bir imkan olmayacaq”.
Bu sözləri Mixeil Saakaşvili “Facebook” səhifəsində yazıb.
“Çoxsaylı tərəfdarlarıma müraciət etmək istəyirəm: dostlar, hər ölkənin tarixində elə anlar olur ki, həmin yerdə və dərhal hərəkət etmək lazımdır. Ölkəmizin tarixi başqa cür inkişaf edərdi, əgər 9 aprelin etirazçıları çağırışlara inanıb meydanı tərk etmiş olsaydılar. 23 noyabrda çoxları məsləhət görürdü ki, parlamentə daxil olmayım, amma mən məhz o anı qabaqladım—Şevardnadze parlamenti legitim elan etmək istəyirdi və mən onu dayandırdım. Kimlərsə mübarizəni təxirə salmağa və uzatmağımıza çağırırsa, o, 4 oktyabrdan sonra bu son azad televiziya kanallarının da bağlanacağını nəzərə almır. Onlar “seçkilərin” təbliği üçün 4-dək onları saxlayacaqlar. Azad universitetlər məhv ediləcək, çünki ümumiləşdirilmiş beyin yuyulması nağılına uyğun gəlmirlər; daha çox insan həbs olunacaq və digərləri ölkəni tərk edəcəklər. Əgər bütün bunlar baş verərsə, ümumi ümidsizlik hökm sürəcək və Qərb nəhayət üzümüzdən əl çəkəcək. Buna görə 4-də gəlmək, orada olmaq ölkəmizin xilasının son şansıdır, bundan sonra uzun müddət, bəlkə də heç vaxt belə bir şansımız olmayacaq. Ona görə sizi xahiş edirəm—gələk 4-də və sonadək dayanaq! Azadlıq—indi yoxsa heç vaxt!”, — Mixail Saakaşvili sosial şəbəkədə yazır.
mənbə: Intrepress.ge