Marneulidə suvarma kanalında kişi cəsədi tapılıb

Hacisakənddə təxminən 75 yaşlı kişinin meyiti tapılıb. Hadisə şahidlərinin bildirdiyinə görə, cəsəd kənd ərazisindən keçən suvarma kanalında aşkar edilib.
Hadisə 14 iyul tarixində baş verib. Polis əməkdaşları dərhal əraziyə cəlb olunub. Yerli sakinlərin sözlərinə görə, mərhum kənddə tənha yaşayırmış.
Məlumata əsasən, kənd sakinləri mərhumu bu gün, 15 iyul tarixində dəfn ediblər.
Gürcüstan Daxili İşlər Nazirliyindən məlumata görə, hadisə ilə bağlı Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaq başladılıb. Həmin maddə intihar həddinə çatdırmanı nəzərdə tutur.
mənbə: marneulifm