Marneulidə su kanalında uşaq meyiti tapılıb

Marneuli bələdiyyəsinin Tsereṭeli kəndi ərazisində su kanalında körpə uşaq meyiti tapılıb. Hadisə yeri xüsusi lentlə mühasirəyə alınıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 116-cı maddəsi üzrə istintaq başladılıb. Həmin maddə ehtiyatsızlıq nəticəsində ölümə səbəb olmağı nəzərdə tutur.
mənbə: marneulifm