Marneulidə ağır qəza: 6 yaralı

Marneuli-Sadaxlı magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib
İki "Opel" markalı avtomobil toqquşub.
Əldə edilən məlumata görə, avtomobillərdən biri idarəetməni itirərək yol kənarında dayanan iki piyadaya çırpılıb. Nəticədə, avtomobillərdə olan şəxslər də daxil olmaqla, ümumilikdə 6 nəfər yaralanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar təcili tibbi yardım vasitəsilə Marneulidəki klinikalardan birinə yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları və xilasedicilər cəlb olunub.
Patrul polisi hadisə yerində araşdırma aparır.
mənbə: aktual