Almaniyada Gürcüstan vətəndaşı tutulub
Almaniyanın Neuried şəhərində 53 yaşlı Gürcüstan vətəndaşı saxlanılıb.
Bu barədə məlumatı Bild qəzeti yayıb.
Nəşrin yazdığına görə, bir neçə gün əvvəl Gürcüstan vətəndaşı avtomobillə gedərkən polis tərəfindən saxlanılıb və onun təqdim etdiyi şəxsiyyəti təsdiq edən sənəd saxta olub. Daha sonra federal polis əməkdaşları həmin şəxsin immiqrasiya qanununu pozduğuna görə axtarışda olduğunu aşkar ediblər.
Nəşr yazır ki, saxlanılan şəxsin telefonuna baxış zamanı uşaqların pornoqrafik fotoları və videoları aşkar edilib.
Offenburq prokurorluğunun tələbi ilə 53 yaşlı gürcü Offenburq rayon məhkəməsinin müstəntiq hakimi qarşısına çıxıb. Hakim onun barəsində həbs qətimkan tədbiri seçib.
mənbə: interpress