Marneulidə sağlamlığa qəsdən zərər vurma ittihamı ilə 1 nəfər saxlanılıb

Dec 24, 2025 - 13:08
 0  9
Marneulidə sağlamlığa qəsdən zərər vurma ittihamı ilə 1 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları 1957-ci il təvəllüdlü M.S.-nı sağlamlığa qəsdən yüngül zərər vurma ittihamı ilə saxlayıblar.

İstintaqın məlumatına görə, Marneuli rayonunun bir kəndində M.S.-nın avtomobili 1971-ci il təvəllüdlü O.M.-ə məxsus, hərəkətdə olmayan avtomobilə çarpılıb və nəticədə sürücülər arasında münaqişə yaranıb. Münaqişə zamanı təqsirləndirilən şəxs iti alətlə İ.M.-nın boyun nahiyəsinə xəsarət yetirib və hadisə yerindən qaçıb.

Hüquq-mühafizə orqanları həyata keçirilmiş istintaq tədbirləri nəticəsində M.S.-nı isti izlərlə saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsi ilə aparılır, bu maddə 2 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: marneulifm