Marneuli merinin qardaşı azadlığa buraxıldı

Oct 20, 2026 - 12:43
 0  55
Marneuli merinin qardaşı azadlığa buraxıldı

Marneuli meri Daur İsmayılovun qardaşı, qrup halında törədilmiş zorakılıqda ittiham olunan Kənan İsmayılov azadlığa buraxılıb.

XEBER.GE xeber  verir ki, bu barədə “TVPirveli”yə Marneulidən məlumat verilib.

Kənan İsmayılova Gürcüstan Cinayət Məcəlləsinin 120-ci maddəsinin ikinci hissəsi ilə ittiham irəli sürülmüşdü. Həmin maddə 3 ildən 5 ilədək həbs cəzasını nəzərdə tutur.

Kənan İsmayılov bu il aprelin 7-də saxlanılıb. İstintaqın versiyasına görə, o, Marneulidə maskalı şəxslərlə birlikdə bir iş adamına hücum edərək onu fiziki zorakılığa məruz qoyub.

İş materiallarına əsasən, qarşıdurmanın arxasında biznes maraqları dayanıb. Həmin vaxt yerli sakinlər İsmayılovların ətrafının çörəyin qiymətini süni şəkildə artırmağa çalışdığını və digər sahibkarlara da təzyiq göstərdiyini bildirirdilər. Bu tələblərə tabe olmayan iş adamlarından biri hücuma məruz qalıb.