Pensiyaçılara yardım vəd edərək 43 792 lari mənimsəyən qadın saxlanıldı
Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin əməkdaşları maddi qazanc əldə etmək məqsədilə kompüter məlumatlarına müdaxilə etməkdə şübhəli bilinən bir nəfəri saxlayıblar.
XEBER.GE xeber verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən qadın pensiyaçılara aylıq 200 lari məbləğində yardım təyin etdirəcəyini vəd edib. Daha sonra onların şəxsi məlumatlarını gizli şəkildə əldə edərək mobil telefonlarında olan bank tətbiqləri vasitəsilə kreditlər aktivləşdirib.
Bu qanunsuz əməllər nəticəsində şübhəli ümumilikdə 43 792 larini mənimsəyib.
Polis şübhəli şəxsi hakim qərarı əsasında Tbilisidə saxlayıb.
Faktla bağlı Cinayət Məcəlləsinin 286¹-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 10 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.