Marneuli-Bolnisi yolunda sərnişin maşını dərəyə yuvarlanıb

Marneuli-Bolnisi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Sərnişin daşıyan “Ford” markalı mikroavtobus idarəetməni itirərək aşıb və dərəyə yuvarlanıb.
Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub. Qəza nəticəsində bir neçə nəfərin ağır xəsarət aldığı bildirilir. Eyni zamanda, azyaşlı uşaqların da ciddi xəsarət aldığı qeyd olunur.
Xəsarət alan yaralılar Marneulidə yerləşən aversi xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
mənbə: interpress