Mamuka Mdinaradzeyə polkovnik rütbəsi verilib

Apr 9, 2026 - 11:24
 0  21
Mamuka Mdinaradzeyə polkovnik rütbəsi verilib

Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin sərəncamı ilə ölkənin Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri Mamuka Mdinaradzeyə növbəti xüsusi rütbə verilib.

Xeber.ge xəbər verir ki, hökumət başçısının 8 aprel tarixli əmri ilə M. Mdinaradze "Dövlət Təhlükəsizliyi Polkovniki" rütbəsinə layiq görülüb.

"Dövlət Təhlükəsizliyi Xidmətinin rəhbəri, Dövlət Təhlükəsizliyi vitse-polkovniki Mamuka Mdinaradzeyə vaxtından əvvəl növbəti yuxarı xüsusi rütbə — 'Dövlət Təhlükəsizliyi Polkovniki' rütbəsi verilsin".

 Qeyd edək ki, son bir neçə ay ərzində İrakli Kobaxidze komanda yoldaşına ard-arda xüsusi rütbələr təqdim edib. Mdinaradzenin rütbə xronologiyası belədir:

  • 2025-ci il, 3 sentyabr: Dövlət Təhlükəsizliyi Leytenantı;
  • 2025-ci il, 23 oktyabr: Baş Leytenant;
  • 2025-ci il, 25 dekabr: Dövlət Təhlükəsizliyi Kapitanı;
  • 2025-ci il, 26 dekabr: Dövlət Təhlükəsizliyi Mayoru;
  • 2026-cı il, 9 mart: Dövlət Təhlükəsizliyi Vitse-polkovniki;
  • 2026-cı il, 8 aprel: Dövlət Təhlükəsizliyi Polkovniki.

Mütəxəssislər qeyd edir ki, rütbələrin bu qədər qısa müddət ərzində və vaxtından əvvəl verilməsi ölkənin təhlükəsizlik sistemində nadir hallardan hesab olunur.