Məktəbli forması alarkən buna diqqət edin – yeni qaydalar

Aug 12, 2026 - 12:35
 0  31
Məktəbli forması alarkən buna diqqət edin – yeni qaydalar

Məktəbli formalarını nağd pulla almaq mümkün olmayacaq – ödəniş yalnız nağdsız şəkildə həyata keçiriləcək. Bu barədə BMG məlumat yayıb.

XEBER.GE xəbər verir ki,  məlumata görə, məktəbli formalarını xüsusi olaraq müəyyən edilmiş satış məntəqələrindən və ya Nazirliyin idarə etdiyi internet səhifəsi vasitəsilə onlayn almaq mümkün olacaq. Hər satış məntəqəsində ən azı bir bank ödəniş terminalı olmalıdır.

Əgər satış məntəqəsində terminal olmazsa və ya texniki nasazlıq səbəbindən işləməzsə, formanın pulunu bank köçürməsi ilə, həmçinin “Təhsil resursları”nın müvafiq xəzinə koduna vəsait köçürməklə ödəmək və ödəniş sənədini satış məntəqəsində təqdim etmək mümkün olacaq.

Məktəbli formalarının istehsal qüsuru və ya ölçünün uyğun gəlməməsi halında geri qaytarılması mümkün olacaq.

Şagirdin valideyni dövlət məktəbinin ibtidai sinif şagirdi üçün alınmış və ya ödənişsiz təqdim edilmiş məktəbli geyimini aldığı və ya satın aldığı tarixdən etibarən 14 təqvim günü ərzində dəyişdirmək və ya geri qaytarmaq hüququna malik olacaq.