Məhkəmə “TV Pirveli”nin operatoru Laşa Cioşvilini inzibati qaydada cərimələyib

Feb 20, 2025 - 21:51
 0  46
Məhkəmə “TV Pirveli”nin operatoru Laşa Cioşvilini inzibati qaydada cərimələyib

İnzibati məsuliyyətə cəlb edilən “TV Pirveli”nin operatoru Laşa Cioşvili məhkəmə tərəfindən inzibati qaydada hüquq pozuntusuna yol vermiş şəxs kimi tanınıb.

Hakim Levan Tsagareişvilinin qərarına əsasən, Cioşvili 2500 lari məbləğində cərimə edilib.

Məlumat üçün bildirək ki, Laşa Cioşvili Gürcüstanın İnzibati Xətalar Məcəlləsinin 173-cü maddəsinin birinci və üçüncü bəndlərinə əsasən saxlanılmışdı. Bu maddə polisin qanuni tələbinə tabe olmamaq və hüquq-mühafizə orqanı əməkdaşına qarşı hörmətsizlik göstərməyi nəzərdə tutur.

mənbə: interpress