Kutaisidə tikinti fırıldağı: 91 vətəndaş aldadıldı

Jul 25, 2026 - 12:23
 0  9
Kutaisidə tikinti fırıldağı: 91 vətəndaş aldadıldı
: :
playing

Maliyyə Nazirliyinin İstintaq Xidmətinin məlumatına görə, məhkəmə qərarına əsasən “Skyfort” MMC-nin keçmiş və hazırkı direktorları – K.K. və K.A. saxlanılıblar.

XEBER.GE xeber  verir ki, ittiham olunanlar vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, xüsusilə böyük miqdarda vətəndaşların pullarını qanunsuz mənimsəyib, aldatma yolu ilə başqalarının əmlakını ələ keçirib və həbs edilmiş əmlakdan qanunsuz istifadə ediblər.

91 vətəndaşdan alınan 1 258 332 ABŞ dolları və 411 897 lari mənimsənilib.

Bundan əlavə, mövcud olmayan 1 287 kvadratmetr yaşayış və kommersiya sahəsi satılaraq 15 vətəndaşdan əlavə 430 min  dollar alınıb.

Şirkətə 2016-cı ildə Kutaisi bələdiyyəsinin Baratashvili küçəsi 139 ünvanında çoxmənzilli yaşayış binası tikintisinə icazə verilib. Müddət 2019-cu ilin fevralına qədər olub. Şirkət yalnız müəyyən mərhələləri yerinə yetirib, layihə bu günə qədər başa çatdırılmayıb.

İstintaq Cinayət Məcəlləsinin 180, 182 və 377-ci maddələri ilə aparılır. Bu cinayətlər 7 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.

İstintaq Xidməti cinayət sxemində digər mümkün iştirakçıların aşkarlanması istiqamətində aktiv işləri davam etdirir.