Kutaisidə konstruksiyanın altında qalan 30 yaşlı gənc öldü

Jul 15, 2026 - 15:38
 0  29
Kutaisidə konstruksiyanın altında qalan 30 yaşlı gənc öldü

Kutaisi şəhərinin İoseliani küçəsində yaşayış binasının tikinti meydançasında ölüm şoku yaşanıb. Çoxmərtəbəli binanın inşası zamanı baş verən çökmə nəticəsində təxminən 30 yaşlı gənc həyatını itirib.

 XEBER.GE "Interpressnews" agentliyinə istinadən xəbər verir ki, bədbəxt hadisə tikinti işlərinin aktiv fazasında qeydə alınıb.

İlkin məlumatlara görə, faciə baş verən zaman ərazidə beton tökülməsi işləri aparılırmış. Dəmir-beton konstruksiyası ağırlığa tab gətirməyərək qəfildən çöküb.

Dağıntılar altında qalan fəhlənin cansız bədəni hadisə yerinə gələn xilasedicilər tərəfindən çökmüş ağır dəmir konstruksiyaların altından çıxarılıb.

Sözügedən yaşayış binasının tikinti işlərini "Gradus Group Maud" MMC həyata keçirir.

Hazırda İoseliani küçəsində xilasedicilər, təcili tibbi yardım briqadaları və patrul polisi əməkdaşları işləyir. Hadisənin başvermə səbəbləri və təhlükəsizlik qaydalarının qorunub-qorunmaması ilə bağlı rəsmi araşdırmalara başlanılıb.