Külli miqdarda narkotik vasitə müsadirə edilib – 5 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Mərkəzi Kriminal Polis Departamentinin Narkotiklərin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları narkotik cinayəti ittihamı ilə 5 nəfəri saxlayıblar.
Qanunsuz olaraq külli miqdarda və xüsusilə külli miqdarda narkotik vasitələrin əldə edilməsi və saxlanması, satışa cəhd, o cümlədən yeni psixoaktiv maddənin qanunsuz satışına cəhd və qanunsuz olaraq külli miqdarda narkotik vasitə marixuananın əldə edilməsi və saxlanması ittihamı ilə həbs edilən şəxslər – 1998-ci il təvəllüdlü A.B., 1985-ci il təvəllüdlü S.M., 1969-cu il təvəllüdlü İ.Ş. və əvvəllər məhkum edilmiş 1980-ci il təvəllüdlü M.E. və 1982-ci il təvəllüdlü İ.A.
Cinayətlərə görə 20 ilədək həbs cəzası nəzərdə tutulur.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi əşyalarına, nəqliyyat vasitələrinə və mənzillərinə, habelə göstərdikləri yerlərdə axtarışlar nəticəsində maddi sübut kimi xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitələr götürüblər. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qablaşdırılması üçün zəruri olan materiallar maddi sübut kimi götürülüb”, – məlumatda deyilir.
Faktla bağlı araşdırma Cinayət Məcəlləsinin 260-cı, 18-260-cı, 19-260-cı və 173-prima maddələri ilə aparılır.
mənbə: marneulifm