Gürcüstanda sürət həddini aşmağa görə cərimələr dəyişir
Gürcüstanın İnzibati Xətalar Məcəlsində sürət həddinin aşılmasına görə müəyyən edilmiş inzibati məsuliyyətlə bağlı mühüm dəyişikliklər planlaşdırılır.
XEBER.GE xəbər verir ki,
Yeni qanun layihəsinə əsasən, cərimə sistemi sürücülər üçün daha ədalətli və törədilən xətanın ağırlıq dərəcəsinə mütənasib formaya salınacaq. Bəzi sürət hədləri üçün cərimələrin məbləği xeyli azaldılacaq.
Planlaşdırılan yeni cərimələr:
- 15 km/saatdan 30 km/saata qədər sürət həddini aşmağa görə cərimə 100 laridən 50 lariyə endirilir;
- 30 km/saatdan 40 km/saata qədər sürət həddini aşmağa görə cərimə dəyişməz qalaraq 100 lari təşkil edəcək;
- 40 km/saatdan 50 km/saata qədər sürət həddini aşmağa görə cərimə 300 laridən 100 lariyə endirilir;
- 50 km/saatdan çox sürət həddini aşmağa görə isə mövcud olan 300 larilik sərt sanksiya qüvvədə saxlanılır.
İrakli Kirtsxalianın sözlərinə görə, bu yanaşma xətanın ağırlığı ilə tətbiq edilən cəza arasında mütənasibliyi təmin edəcək. Sürücülərin az fərqlə sürət həddini aşması artıq daha yüngül maliyyə sanksiyaları ilə cəzalandırılacaq.
Lakin cəmiyyət üçün yüksək təhlükə törədən əməllərə — yəni sürət həddini xeyli aşanlara qarşı tətbiq edilən sərt cəza qüvvədə qalacaq.
"Biz yol hərəkəti təhlükəsizliyini təmin etməklə yanaşı, preventiv mexanizmlərin vətəndaşlar üçün mütənasib olmasına çalışırıq. Mövcud qanunvericiliyin sistemli təhlili davam etdiriləcək və əlavə müzakirələrə ehtiyacı olan digər normalar aşkarlandıqca, ictimaiyyətə mərhələli şəkildə məlumat veriləcək".
.