İsrail hücumları: Livanda ölənlərin sayı 4381 nəfərə çatdı

Sep 8, 2026 - 10:44
 0  16
İsrail hücumları: Livanda ölənlərin sayı 4381 nəfərə çatdı

İsrailin Livana qarşı hərbi əməliyyatları nəticəsində ölənlərin sayı 4381 nəfərə çatıb.

 XEBER.GE xeber  verir ki,  bu barədə Livanın Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, martın 2-də hərbi eskalasiyanın başlanmasından indiyədək 12402 nəfər yaralanıb.

Son üç gündə Livanın cənubundakı Nəbatiyyə əyalətinə endirilən hava zərbələri nəticəsində 27 nəfər həlak olub, 69 nəfər yaralanıb.

Nazirliyin məlumatına görə, İsrail aviasiyası Livanın hava məkanında uçuşları davam etdirir. Kfar Tibnit və Nəbatiyyə əl-Favqa yaşayış məntəqələrinə də hava zərbələri endirilib.

Sərhəd bölgəsindəki Əl-Mansuri və Hula yaşayış məntəqələrinin bombardman edilməsi nəticəsində mülki əhali arasında itkilərin olduğu bildirilir.

 

mənbə: axar,az