İsrail 20 gündə 505 fələstinli uşağı qətlə yetirib

İsrailin Qəzza sektorunda Fələstin xalqına qarşı törətdiyi hərbi cinayətlər və soyqırım davam etməkdədir.
Xeber.ge xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi İsrail ordusunun amansız hücumlarının qurbanları barədə məlumatları dərc edib.
Belə ki, İsrail 18 martda atəşkəsi pozaraq bombardmanları bərpa edib. Nəticədə 18 mart – 7 aprel tarixləri aralığında 1 391 günahsız qəzzalını qətlə yetirib ki, onların 505 nəfərini uşaqlar, 271 nəfərini qadınlar və 86 nəfərini də yaşlılar təşkil edib.
Həmçinin bu müddət ərzində 3430-dan çox dinc fələstinli də yaralanıb ki, onların da 1 249-u uşaqlardır.
Ümumilikdə isə 2023-cü il 7 oktyabrdan bəri İsrail ordusu tərəfindən 50 750-dən çox günahsız Qəzza sakini qətlə yetirilib, ən azı 115 475 nəfər isə yaralanıb. Həmçinin minlərlə insandan isə xəbər yoxdur.
mənbə: azshafaqna.com