İspaniyada 1180 nəfər istidən öldü

Jul 15, 2025 - 10:33
 0  17
İspaniyada 1180 nəfər istidən öldü

Bu il may-iyun aylarında İspaniyada müşahidə edilən qızmar istilər 1 200-ə yaxın insanın ölümünə səbəb olub.

Xeber.ge xəbər verir ki, bu barədə İspaniya Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, mayın 16-dan iyulun 13-dək istilik dalğaları ilə bağlı 1 180 ölüm qeydə alınıb.

Ölənlərin 95 faizi yaşı 65-dən yuxarı insanlardır.

Qeyd edək ki, ötən ilin eyni dövründə İspaniyada isti havalar 70 nəfərin ölümünə səbəb olmuşdu.

mənbə: qafqazinfo.az