İki yeniyetmə elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb

Senaki şəhərində iki yeniyetmə elektrik cərəyanı vurması nəticəsində xəsarət alıb.
Mövcud məlumata görə, uşaqlar körpüdən keçərkən onlardan birinin papağı körpünün altından keçən yük qatarının sistern vaqonuna düşüb.
Yeniyetmələr papağı götürmək üçün vaqona dırmaşarkən elektrik naqilinə toxunublar. Hadisənin şahidlərinin bildirdiyinə görə, uşaqlar huşlarını itirməyiblər və onlarla ünsiyyət mümkündür.
Zərərçəkənlər təcili tibbi yardım maşını ilə Zuqdidi xəstəxanasına aparılıb. Hadisə yerində polis əməkdaşları da cəlb olunub və araşdırma aparılır.
mənbə: interpress