İran Suriya ilə əməkdaşlıq üçün şərtini açıqladı
Terrorizmi dəstəkləməkdən imtina, Suriya şiələrinin hüquqlarına hörmət və İsraildən uzaqlaşma İranın Suriyanın yeni hakimiyyət orqanları ilə əməkdaşlığının əsas şərtləridir.
Xeber.ge xəbər verir ki, bunu İranın xarici işlər naziri Abbas Arakçı deyib.
“Müxtəlif fraksiyaları və klanları Suriyanın gələcək hökuməti ilə bağlı razılığa gəlməyə məcbur etmək asan deyil, lakin bu prosesi dəstəkləyirik, çünki Suriya xalqının iradəsinin qalib gəlməsini istəyirik”, - o bildirib.
mənbə: axar.az