İran İsrailin iki hərbi bazasına zərbələr endirdi
İran İsrailin iki hərbi bazasına zərbələr endirib.
Xeber.ge xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) bəyanatında deyilir.
Bildirilir ki, İsrailin cənubunda yerləşən Nevatim hərbi hava bazası, həmçinin Təl-Əviv yaxınlığındakı Tel-Nof hərbi hava bazası hücumlara məruz qalıb. İran tərəfi zərbələrin İsrail tərəfinin hərəkətlərinə cavab olaraq endirildiyini bəyan edib.
SEPAH bütün cəbhələrdə əməliyyatlar aparmağa hazır olduğunu və qarşı tərəfin istənilən hərəkətinə cavab variantları hazırladığını iddia edib.
mənbə: qafqazinfo.az