İranın hərbi gücü İsraili şoka saldı: Gözləniləndən qat-qat sürətli bərpa olunur

Aug 14, 2026 - 10:41
 0  6
İranın hərbi gücü İsraili şoka saldı: Gözləniləndən qat-qat sürətli bərpa olunur

İranın 2026-cı ilin əvvəlindəki münaqişədən sonra müdafiə potensialını bərpa etmə sürəti İsrail hərbçiləri və kəşfiyyatını təəccübləndirib.

 XEBER.GE xəbər verir ki, bu barədə "The Jerusalem Post" məlumat yayıb.

Nəşr bildirib ki, İsrail ordusunun komandanlığı ilə yanaşı, “Mossad” rəhbərliyi də Tehranın hərbi imkanlarının bərpası fonunda əvvəlki qiymətləndirmələrini yenidən nəzərdən keçirir.

İsrailli hərbi ekspertlər əvvəlcə İranın müdafiə potensialının ciddi zərər gördüyünü və ölkənin hərbi imkanlarının “illərlə geriyə atıldığını” bildirirdilər.

Lakin son məlumatlar vəziyyətin fərqli olduğunu göstərir. Məlumata görə, İran hərbi potensialını İsrailin əvvəlcədən proqnozlaşdırdığından xeyli daha sürətlə bərpa edir.

Nəşrin mənbələri bu dinamikanın İsrailin müdafiə qurumları üçün ciddi təəccüb doğurduğunu və əvvəlki nəticələrin yenidən qiymətləndirilməsinə səbəb olduğunu bildiriblər.

 

mənbə: publikaaz