İsrail Qəzza və Livanda dinc insanları qətlə yetirdi

Nov 24, 2025 - 11:53
 0  12
İsrail Qəzza və Livanda dinc insanları qətlə yetirdi

İsrail Fələstin xalqına qarşı soyqırımı davam etdirir.

Xeber.ge xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi qurbanların sayı ilə bağlı yeni məlumatları açıqlayıb.

İsrail ordusu son 24 saat ərzində daha 23 dinc qəzzalını qətlə yetrib, 83 nəfəri isə yaralayıb.

Bununla da, 2023-cü il 7 oktyabrdan bəri İsrail tərəfindən Qəzzada həyatına son qoyulmuş günahsız fələstinlilərin 69 756 nəfərə, yaralıların sayı isə 170 946 nəfərə çatıb.

Xatırladaq ki, hazırda Qəzza sektorunda atəşkəs rejiminin qüvvədə olmasına baxmayaraq, İsrail tərəfi onu pozmağa davam edir.

Bundan başqa, İsrail həmçinin Livanın paytaxtı Beyrut şəhərinin Dahiyə bölgəsinə də hücum edib. Nəticədə 5 dinc livanlı qətlə yetirilib, 28 nəfər isə yaralanb.

Qeyd edək ki, İsrailn hücumları nəticəsində həyatını itirənlərin və xəsarət alanların böyük əksəriyyətini uşaqlar və qadınlar təşkil edir.

mənbə: azshafaqna.com