Zəngəzur dəhlizi regiona fayda gətirəcək
Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması bütün region üçün, o cümlədən nəqliyyat infrastrukturunun genişləndirilməsi üçün yeni perspektivlər açır.
Gürcüstan Parlamentinin sədri Şalva Papuaşvili bunu jurnalistin Zəngəzur dəhlizinin açılışından sonra Gürcüstanın Orta Dəhlizdəki mövqeyini itirib-itirməyəcəyi ilə bağlı sualına cavabında bildirib.
O, Zəngəzur dəhlizinin tikintisi təşəbbüsünü alqışlayıb. Qeyd edib ki, bu, bütün regiona fayda verəcək: "Bu, həm rəqabətin inkişafı, həm də yük daşınması üçün şəraitin yaxşılaşdırılması üçün vacibdir. Bu, özlüyündə regional sabitliyin bir siqnalıdır və region iqtisadiyyatına investisiyaların artımına və genişlənməsinə kömək edəcək", - o deyib.
mənbə: report