Bıçaqlanma hadisəsi – bir nəfər saxlanıldı
Samtreida rayonunda baş verən insident nəticəsində bir nəfər bıçaqlanıb.
Bununla bağlı Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumatına görə, hadisə şəxsi mübahisə zəminində baş verib.
Məlumata əsasən, 1989-cu il təvəllüdlü P.Ş. qəsdən sağlamlığa ağır zərər vurmaqda ittiham olunaraq saxlanılıb. Araşdırmalar göstərib ki, o, mübahisə zəminində 1978-ci il təvəllüdlü G.S.-i soyuq silahla yaralayıb.
Yaralı xəstəxanaya yerləşdirilib və ona lazımi tibbi yardım göstərilib. Hadisə yerində saxlanılan P.Ş.-nin üzərindən cinayətdə istifadə edilən bıçaq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 117-ci maddəsinin 1-ci bəndi üzrə istintaq aparılır. Bu maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
mənbə: interpress