Kaxetidə 15 yaşlı məktəblini zorlayan 60 yaşlı taksi sürücüsü həbs edilib
Proses Qurcaani Rayon Məhkəməsində keçirilib.
XEBER.GE xeber verir ki, istintaq qurumunun məlumatına görə, Qurcaani bələdiyyəsinin kəndlərinin birində 60 yaşını keçmiş kişi azyaşlıya qarşı bir neçə il ərzində zorakılıq törədib, bu müddətdə onun köməksiz vəziyyətindən istifadə edərək sistemli şəkildə seksual xarakterli digər hərəkətlər törədib, cari ilin avqust ayında isə zərərçəkəni zorlayıb.
Prokurorluq ona azyaşlıya qarşı seksual xarakterli digər hərəkət və zorlama faktları üzrə ittiham irəli sürüb.
Ehtimal olunan qurban 15 yaşındadır, saxlanılan şəxs isə onun qonşuluğunda yaşayan pensiyaçıdır. "Mtavari Arkhi"nin məlumatına görə, işdə kişinin azyaşlıya qarşı daha əvvəl də seksual qısnamələr törətdiyini təsdiq edən sübutlar var.
Hadisə Kaxetinin kəndlərindən birində baş verib. Seksual zorakılığın ehtimallara görө avqustda baş verdiyi bildirilir, lakin "Mtavari Arkhi"yə verilən məlumata görə, məktəbli qız qorxduğu üçün hadisəni gizlədib.
Yerli sakinlərin sözlərinə görə, saxlanılmamışdan əvvəl 15 yaşlı qız taksi sürücüsü tərəfindən kənd qəbiristanlığı istiqamətinə aparılıb.