Tbilisi-Qırmızı Körpü yolunda faciəvi qəza
Tbilisi-Qırmızı Körpü avtomobil yolunda ölümlə nəticələnən avtoqəza baş verib. Bir-biri ilə minik və yük avtomobilləri toqquşub.
Hadisə nəticəsində minik avtomobilinin sürücüsü həyatını itirib.
XEBER.GE xeber verir ki, mövcud məlumata görə, həlak olan kişi "JJB" restoranının sahibi və şef-aşpazı Namiq Qocayevdir.
"Primetime"a Daxili İşlər Nazirliyindən bildiriblər ki, faktla bağlı istintaq Cinayət Məcəlləsinin 276-cı maddəsi ilə başlanıb ki, bu da nəqliyyat hərəkəti və ya istismarı təhlükəsizliyi qaydalarının pozulmasını nəzərdə tutur.