Gürcüstanda şəxsi həyatın toxunulmazlığını pozan iki nəfər saxlanılıb
Gürcüstan Prokurorluğu şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi, saxlanılması və yayılması faktı ilə bağlı iki nəfəri saxlayıb.
Xeber.ge xeber verir ki,
İstintaqla müəyyən edilib ki, saxlanılan şəxslərdən biri zərərçəkmiş şəxsin şəxsi həyatına dair gizli fotoları qanunsuz şəkildə özündə saxlayıb. Digər saxlanılan şəxs isə zərərçəkmişin şəxsi həyatını əks etdirən fotoları qanunsuz yolla əldə edib, saxlayıb və müxtəlif vasitələrlə yayıb.
Hər iki şəxsə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 157-ci (prima) maddəsinin 1-ci hissəsi (Şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi, saxlanılması və yayılması) ilə ittiham irəli sürüləcək.
Qanunvericiliyə əsasən, bu cinayət əməlinə görə təqsirləndirilən şəxsləri 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir. Prokurorluq yaxın vaxtlarda təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi vəsatəti ilə məhkəməyə müraciət edəcək.