Gürcüstanda hava kəskin dəyişəcək
Gürcüstan Milli Ətraf Mühit Agentliyi aprelin son günləri üçün hava proqnozunu açıqlayıb.
Xeber.ge xəbər verir ki,
Aprelin 25-26-da paytaxtda əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək.
Lakin aprelin 27-də qısamüddətli yağış yağacağı və güclü külək əsəcəyi proqnozlaşdırılır. Temperatur gündüz saatlarında +18...+20°C-yə qədər yüksələcək.
- Sahil rayonları (Batumi, Kobuleti, Anaklia, Poti): Aprelin 25-26-da hava yağmursuz keçəcək. Aprelin 27-də isə yağış və külək gözlənilir. Temperatur: +18...+20°C.
- Qərbi Gürcüstanın düzənlikləri (Kutaisi, Zestafoni, Zuqdidi, Ozurqeti): Həftəsonu əsasən yağmursuz keçsə də, ayın 27-si yağışlı olacaq. Temperatur: +19...+21°C.
- Kartli bölgəsi (Rustavi, Bolnisi, Marneuli, Qori): Aprelin 25-26-da günəşli hava, 27-də isə yağış və güclü külək gözlənilir. Temperatur: +17...+19°C.
- Kaxeti (Telavi, Qurcaani, Siqnaxi, Laqodexi): Şənbə və bazar günləri yağmursuz, bazar ertəsi isə yağışlı və küləkli hava olacaq. Temperatur: +18...+20°C.
Dağlıq rayonlarda (Borjomi, Axaltsixe, Duşeti) aprelin 27-də külək və yağış gözlənilir, temperatur +14...+16°C təşkil edəcək. Yüksək dağlıq ərazilərdə (Mestia, Bakuriani, Qudauri) isə havanın temperaturu gündüz saatlarında +7...+11°C arasında dəyişəcək.
Sinoptiklər aprelin 27-də gözlənilən güclü küləklə bağlı əhalini ehtiyatlı olmağa çağırır.