İstanbulda İsrail Konsulluğu önündə atışma: 2 ölü - Video

Apr 7, 2026 - 15:20
 0  20

Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda İsrail Konsulluğunun yerləşdiyi binanın yaxınlığında silahlı insident baş verib.

 Xeber.ge xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

Bildirilib ki, hücum zamanı 3 nəfər zərərsizləşdirilib, 2 polis isə yaralanıb.

Hadisə yerinə çox sayda polis göndərilib.

Qeyd edək ki, hadisə ilə bağlı araşdırmalar davam edir.

mənbə: axar.az