İran ABŞ-ın hərbi gəmisinə zərbələr endirib

Apr 7, 2026 - 11:26
 0  15
İran ABŞ-ın hərbi gəmisinə zərbələr endirib

İran Silahlı Qüvvələri ABŞ-a məxsus “USS Tripoli” (LHA-7) desant gəmisi – vertolyotdaşıyana zərbə endirərək onu Fars körfəzinin cənub sularına çəkilməyə məcbur edib.

Xeber.ge xəbər verr ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mətbuat xidməti məlumat yayıb.

“Göyərtəsində 5 000-dən çox dənizçi və dəniz piyadası olan ABŞ ordusunun LHA-7 desant vertolyotdaşıyanı (USS Tripoli) da sürətli və ildırımvari zərbələrə məruz qalıb. Bundan sonra o, Hind okeanının cənub hissəsinin dərinliklərinə geri çəkilməyə məcbur olub”, – deyə İranın dövlət teleradio şirkətinin yaydığı bəyanatda bildirilir.

SEPAH həmçinin daha əvvəl Fars agentliyinin zərbə endirildiyini bildirdiyi İsraillə əlaqəli SDN7 konteyner gəmisinə də hücum edildiyini təsdiqləyib.

mənbə: azshafaqna.com